AZ

Ermənistanda Azərbaycanla sərhəddə yeni yol çəkiləcək

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək.

Redaktor.az xəbər verir ki, Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Araik Arutyunyan sosial şəbəkələrdə Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını bildirib.

"Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq", - deyə o yazıb.

Vurğulanıb ki, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır.

Daha əvvəl Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəklərinin quraşdırıldığı bildirilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
5
turanpress.com

10Mənbələr