AZ

Qalstanyan sirk şousunda TƏLXƏK CİLDİNDƏ - TƏHLİL

Erməni kilsəsinin haylar üçün baş bəlasına çevrilən ruhanisinin etdikləri, hərəkətləri, davranışları erməni cəmiyyətində müxtəlif şübhələr doğurdu və hətta ümidsizlik hissi də yaratdı. Çünki artıq ermənilər başa düşdülər və hətta əmin oldular ki, onların müstəqillik nağıllarına da, demokratiya oyunlarına da, inqlab teatrlarına da, göstərdikləri səhnəciklərə də xarici qüvvələr inanmırlar və ümimiyyətlə şübhə ilə yanaşırlar.

Baqrat elə təlxək obrazında da yaddaşlarda qalmış oldu

Haylar görürlər ki, kimlərinsə şou xarakterli nümayişkəranə addımlarına məhəl də qoyan yox imiş və əks halda, Baqrat Qalstanyan kimi bir hiyləgərin xeyli müddətdir oynadığı və ya alət olduğu oyuna hansısa dəstəyi müşahidə edərdilər. Artıq 20 gündən çox davam edən "etiraz hərəkatı" adlı “sirk” şousunun sonu çatdığına Baqrat özü də əmindir, erməni cəmiyyəti də. Erməni cəmiyyəti həm də ona əmindir ki, bütün bunların arxasında duran Qarabağ klanının rəhbərləri və eləcə də Ermənistandan kənarda olan qüvvələrdir, hansıki Qalstanyan kimisi onların barmaq işarəsi ilə özünü marionet olaraq aparır və hətta özünü təlxəkliyə də qoyurdu. Bəs bütün bunların ardınca özünü yenidən arxiyepiskop kimi, ruhani lider kimi necə apara bilər bundan sonra, deyə düşünməkdə hər halda, hər kəs haqlıdır.

Bəli, Baqrat Qalstanyan onların, öz ağalarının, məhz Qarabağ klanı rəhbərlərinin, cinayətkar rejimin, Ermənistandan kənardakı həmin o revanşistləri idarə edən qüvvələrin ümidlərini qətiyyən doğrultmadı. Əksinə, Qalstanyan bütün kartlarını da yandırmış oldu. Çünki onun oynadığı, alət olduğu, təlxəkliyi üçün qurulan teatr şousu, “sirk” üçün ayrılan zamanı da, zəhməti də, vəsaiti də puç etdi və indi hətta özü belə bu baxımdan kimlər üçün isə hədəfdə ola bilər. Baqrat Qalstanyan ona tapşırılan rolunu oynaya bilmədi, çünki əvvəla siyasətdən çox uzaq, naşı bir adam olduğu üçün teatrı şousunda aktyorluqla təşxəkliyi qarışdırmış oldu və digər tərəfdən də onun heç bir nüfuzunun olmaması fonunda hansısa nəticəyə ümid etməsi də axmaqlıq kimi göründü, hansıki bunu da onun ağaları nəzərdən qaçırmadılar. Elə buna görə də Baqrat elə təlxək obrazında, təlxək cildində də yaddaşlarda qaldı.

Qalstanyanın təlxəkliyi elə onun özünə qaldı

Doğrudur, xalqı idarə etmək, bir araya toplamaq üçün xalqın içindən çıxmaq tələb olunur, yaxud da, heç olmasa, xalqın nüfuzunu qazanmış birinin olması gərəkir ki, sözü dinlənilsin. Ola bilsin ki, nə zamansa bir ruhani lider kimi Baqrat Qalstanyanın əhalinin bəlli hissəsinin, məlum kəsiminin arasında müəyyən qədər, yəni az da olsa nüfuzu ola bilərdi. Amma artıq haylar özləri də əmindirlər ki, ən az sayda insanlar arasında belə Baqrat haqqında hansısa bir nüfuzdan artıq danışmaq gülün olar. Çünki hamı bilir ki, o özünü təlxəkliyi ilə nüfuzdan salmış oldu. Özünü məhz daxili siyasi meydanda Paşinyanı devirə biləcək bir qüvvə olaraq meydana atan kimi sırımağa çalışan birinin sonda çarəsiz vəziyyətdə qalmasından sonra barəsində çarəsizin biri olmasından başqa daha nə düşünmək olar axı?

Heç də təmiz reputasiyası, tərcümeyi-halı olmayan birinin, yəni Qalstanyanın onsuz da xalq arasında, erməni xalqı arasında nüfuzu yox dərəcəsində idi. Üstəlik özünü təlxəkliyə qoymaqla bir daha xalqın gözündə mahiyyətini tamamilə heçə endirdi. Haylar gördülər ki, onun səsinə nəinki səs verilmədi, heç məhəl də qoyulmadı. Soruşmaq ayıb olmasın, erməni lobbisi, erməni diasporu, ələlxüsus da erməni kilsəsinin qalan başbilənləri niyə “əl” üzatmadı ona? Deməli, onun bir heç olduğu, ancaq bir təlxək cildində ortaya çıxdığı qənaətinə çoxdan gəlinmişdi. Sadəcə olaraq, bu vaxta qədər müəyyən imkanlar, vaxt verilmişdi, amma bu vaxt da onun əlindən artıq çıxmış olur. Belə çıxır ki, təlxəkliyi özünə qalır.

Hansısa nəticəyə ümid etmələrinin axmaqlıqdan başqa bir şey olmadığını söyləməkdə haqlıyıq

Onu da xatırlatmaq yerinə düşərdi ki, bütün sadalananlardan əlavə, Qalstanyanın Robert Köçəryan və onun adamları ilə əlaqələri açıq-aşkar şəkildə ortaya çıxdı və o, dərhal, özü də ciddi şəkildə gözdən salındı. Baqrat Qalstanyanın məhz kimlərinsə aləti olduğu qəbul olundu və bir kukla, bir marionet, bir təlxək kimi yaddaşlara yazıldı. Hətta onun arxasında kimlərin dayandığını bilən erməni cəmiyyətində ona qarşı nifrət hissi belə formalaşdı. Özü də çox böyük bir dərəcədə formalaşmış oldu, çünki haylar artıq bildilər ki, Baqratı oynadıb bir təlxək kimi meydana salanlar onları fəlakətdən-fəlakətə sürükləyən Qarabağ klanı adlı həmin cinayətkar dəstə, revanşistlər, bədbəxtliklərinin “təşkilatçıları” olan daşnaqlardır. Hələ də özünə gələ bilməyən ermənilərin məhz hakimiyyəti ələ keçirmək üçün ortalığa atılanlarını oyununa gedəcəyinə, onlara inanacağına, arxalanacağına ümid edənlər varsa ilk növbədə özlərini aldadırlar və ardınca da axmaqlıq edirlər.

Həmin bu təlxəyin təlxəklik etdiyi hərəkata hansısa vucdanlı, təmiz bir adam rəhbərlik etsə idi belə, etiraz aksiyalarına çağıran adam “təmiz” birisi olsa idi belə, hansısa canilərin oyunlarını təşkil etmək üçün sifətdən-sifətə düşən, dondan-dona girən birinin teatrı, sirk şousu fiaskoya uğramalı idi. Ermənistanda hakimiyyəti ələ keçirmək istəyən hər hansı bir qüvvə, istənilən şəxs, ələlxüsus da keçmiş hakimiyyət, Qarabağ klanı, canilər heç olmasa bunu yadda saxlamalıdırlar, unutmamalıdırlar. Unutmamalıdırlar ki, hansı təlxək, həm də nə şəkildə təlxəklik etsə belə bunun sonu ola bilməz, çünki onların simasını, daha dorğusu simasızlığını haylar çox yaxşı tanıyır, kim olduqlarını da yaxşı bilirlər. Bilirlər ki, başlarına gələn müsibətlərin səbəbkarı da elə məhz onlardırlar. Belə olan halda hansısa nəticəyə ümid etmələrinin axmaqlıqdan başqa bir şey olmadığını söyləməkdə haqlıyıq.

Paşinyana bir saat vaxt verən Qalstanyan bir həftə keçməsinə baxmayaraq, hələ də həmin “saatın” bitməsini “gözləyir”

Bir məsələni də diqqətə çatdıraq ki, sadalananlardan da əlavə, axı Qalstanyan və onun arxasında duran qüvvələrin etiraz aksiyalarının iştirakçılarının sayını daha da artırmaq üçün heç bir resurs olmayıb. Bəli, İrəvanda keçirilən ilk mitinqdə 20 mindən çox insan iştirak edib. Lakin insanlar tez bir zamanda əmin olublar ki, arxiyepiskop xalqın məhz ardınca getmək istədiyi şəxs deyil. Heç ola da bilməz. Çünki o tamamilə yad və naşıdır. Əvvəla, Qalstanyan həm də çox tutarsız, arqumentsiz, məntiqsiz danışır. Naşı olduğu, yad biri olduğu, təlxəklik edən kimsədən başqa biri olmadığı bununla da dərhal öz təsdiqini tapır. Digər tərəfdən də, gələcək fəaliyyət proqramının konturlarını belə göstərməyən, planı, proqramı olmayan birinə, ancaq hakimiyyət çevrilişinə fokuslanana neçə etibar etmək və onun arxasınca getmək olar? Qətiyyən olmaz və olmadı da. Yəni, gözlənilən elə bu idi və nəticə də özlüyündə sadalananları təsdiq etdi.

Sözsüz ki, Baqrat Qalstanyanın təlxəkliyini sübut edən məqamlar olduqca çoxdur və sadaladığımız hallara onun özünü salması özü belə təlxəkliyini sübut edir. Amma daha maraqlı və gülməli məqamı diqqətə çatdırmağın yerinə düşəcəyinə əminik. Beləki, bildiyimiz kimi, etiraz hərəkatının “lideri”, yəni Qalstanyan Paşinyana ultimatum irəli sürdüyü zaman özünü daha gülünc vəziyyətə salıb. Yəni, xatırladığımız kimi, erməni baş nazir Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt verən Qalstanyan artıq bir həftə vaxt keçməsinə baxmayaraq, hələ də həmin “saatın” bitməsini “gözləyir”. Deməli, belə çıxır ki, onun sözünün mahiyyəti heçə bərabər, “sözünün çəkisi” də öz çəkisindən də çox-çox aşağı imiş və belə biri haqqında erməni cəmiyyəti nə fikirdə olmalı idi axı? Onu bir sirk şousunda təlxək kimi ortaya atanlar da, elə ümumilikdə hayların hamısı da elə qənaətdədir ki, Baqrat Qalstanyan nə qədər atılıb-düşsə belə “bu döyüşü” Paşinyana tamamilə uduzub. Baxmayaraq ki, o bunu etiraf etməkdən imtina edir və bu özü də onun təlxəkliyini sübut edir. Belə görünür ki, nə qədər etiraf etməsə də bu gedişlə yaxında hansısa etiraz aksiyası keçirmək fikrinə düşsə, həmin aksiyada özündən başqa heç kim olmayacaq, çünki belə təlxək cildində olan kimsənin arxasınca heç haylar da düşən deyil…

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
45
sia.az

10Mənbələr