AZ

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindənvətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə vəşikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiqtədbirlər görülür.

Trend xəbər verir ki, mayın 21-də Baş prokuror Kamran ƏliyevNizami rayon prokurorluğunun inzibati binasında Bakı şəhərininNizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbuledib.

Qəbulda iştirak edən 50 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları vəməhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamınınmüdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və yaaidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlərverilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkrettapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılmasıvə qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdiməsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluqorqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiyatexnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işindaha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dairtəklifləri dinləyib.

Baş
Baş
Baş
Baş
Baş
Seçilən
90
1
az.trend.az

10Mənbələr