Bakı və Daşkənd Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin hazırlanmasına dair "yol xəritəsi" imzalayıb.Reyting.az xəbər verir ki, sənəd bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Biznes Forumunun yekunlarına əsasən imzalanıb.Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kurbatov imzalayıblar.