AZ

İrana görə matəm elan edən ölkələr - SİYAHI

İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.

Azmedia.Az  xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.

Mayın 19-da göyərtəsində İran prezidentini İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
420
18
arazmedia.az

10Mənbələr