AZ

Tərtərdə mina partlayışı oldu – Ölən var


Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
“1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb.O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
43
yeniavaz.com

10Mənbələr