AZ

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəni irsimizə böyük diqqət göstərir



Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə  davamlı səfərlərinin hər biri bu torpaqlarda  yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurlu sonluqla başa çatacağı barədə aydın təsəvvür yaratdı    
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  tarixi Zəfərimizdən dərhal sonra noyabr ayının 16-da  Füzuli və  Cəbrayıl rayonlarına, o cümlədən  Füzuli  və Cəbrayıl  şəhərlərinə səfərləri ilə  Böyük Qayıdış Proqramının icrasına start verildi. Cənab  İlham Əliyevin göstərişi əsasında Füzulidən Şuşaya yolun çəkilişinə başlanıldı. Layihənin icrasının gedişi ilə tanış olduqdan sonra  «Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir» söyləyən Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, bu gün artıq  quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
Dövlət başçısı  İlham Əliyevin  Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı oldu. Bu Fərmanın ardınca cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hər iki sənəd işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanların təqdimatında öz sözünü dedi. Belə ki, gələcəkdə  bu torpaqlarımızın  malik olduqları təbii resursların hesabına Azərbaycanın dayanıqlı inkişafına dəstək vermək üçün bu  ərazilər arasında ixtisaslaşmanın aparılmasına, hansı resurslara malik olmalarının müəyyənləşdirilməsinə böyük  zərurət duyuldu. O da məlumdur ki,  son illər dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün rayonlar arasında ixtisaslaşma aparıldı, konkret sahələrin inkişafına xidmət edən Dövlət proqramları təsdiqləndi və hazırda uğurla icra edilir. İşğaldan azad edilmiş torpaqların malik olduqları potensialı da nəzərə alsaq gələcəkdə dayanıqlı inkişafa nail olmaq üçün böyük potensialı görürük. Belə ki, bu ərazilərimizin malik olduqları münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı  xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev  bu istiqamətdə də  yeni bazarların tapılması üçün  müvafiq tapşırıqlarını verib.
2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasında mühüm əhəmiyyətə malikdir. Bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur.  2024-cü il yanvarın 30-dək işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvürə malik olmaq mümkündür. Böyük Qayıdış çərçivəsində indiyədək 1360 ailə, 5354 nəfər doğma yurdlarına köçürülüb.  Şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 431 ailə (1627 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 207 ailə (797 nəfər) köçürülüb. Cari ilin ötən dövründə həm həmin məkanlara, həm də yeni qayıdış ünvanı olan Şuşaya və Sus kəndinə qovuşan  sakinlərin sayını da əlavə etsək doğma yur-yuvasına qayıdan  söydaşlarımızın sayının daha böyük rəqəmlə ifadə olunduğunu görərik.  Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başlanan andan bu tapşırığı verdi ki, bütün ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulacaq, hər bir yenilik bu torpaqlarda öz əksini tapacaq. 30 illik işğal dövründə çətinlik şəraitində yaşayan  soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülməlidir. Cənab İlham Əliyev bu günlərdə ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə  birgə mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Təbii ki, tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin hamısını bir yazı çərçivəsində tam şəkildə qeyd etmək mümkün deyil. Onların xronologiyasını belə təqdim etmək mümkünsüzdür. Çünki görülən işlərin miqyası olduqca genişdir. Bunun üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın may ayının ötən dövründə işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Ümummilli Lider Heydər Əliyevin andan olmasının  101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarında, Şuşa şəhərində oldular. Xeyli sayda sosial obyektlərin açılışı, bəzilərində görülən işlərlə tanışlıq oldu, kəndlərin təməli qoyuldu. Cənab İlham Əliyev  Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə və Şuşaya səfər etdilər. Belarus Prezidenti 30 illik işğal dövründə ermənilərin törətdikləri dağıntıların şahidi oldu, həmçinin Azərbaycanın öz tarixi torpaqlarına qovuşduqdan sonra apardığı genişmiqyaslı bərpa-quruculuq işlərindən böyük sevinc hissi keçirdi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
1
aia.az

10Mənbələr