AZ

Məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

Oxu24.com xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Seçilən
127
50
oxu24.com

10Mənbələr