AZ

Qazaxda demarkasiya prosesi başa çatdırıldı

"Biz Ermənistanla Azərbaycan arasında həmin hissənin (Qazax-Tavuş sərhəddi) demarkasiyası prosesini başa çatdırmışıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, sərhəddə dayaq məntəqəsi yaradılıb: "Sərhədin bərpası üçün gələcəkdə istifadə olunacaq bəzi prinsiplər müəyyən etmişik. Bəli, Ermənistanla Azərbaycan arasında Tavuş vilayəti və Qazax bölgəsində sərhədin müəyyənləşdirilməsi prosesinin başa çatdığını söyləmək olar. Ermənistan və Azərbaycan aydın xəritə seçiblər ki, onun əsasında həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsdiq edilmiş hüquqi baza mövcuddur. Ermənistan Respublikasının sərhədi Ermənistan Respublikasının müstəqillik qazandığı sərhəddir. Burada biz Alma-Ata bəyannaməsinə qayıdırıq, burada bildirilir ki, Ermənistan Respublikası və həmin sənədi imzalayan digər respublikalar, o cümlədən Azərbaycan öz inzibati rayonları ilə müstəqil olurlar. Həmin parça ilə biz təməllər qoyduq və qarşılıqlı məqbul olan prinsiplər əldə etdik və həmin prinsiplər əsasında sərhədləri ayırdıq ki, bu da yaxşı nümunədir və bütün dünya ölkələri tərəfindən qəbul edilib". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
unikal.az

10Mənbələr