AZ

Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

KONKRET.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, mayın 19-da səhər saatlarında şəxsin (kişi) evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
6
konkret.az

10Mənbələr