AZ

İtaliyada güclü zəlzələ oldu

İtaliyada 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib. Daha sonra ardıcıl 3,5 və 2,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ əhali arasında təşvişə səbəb olub, yüzlərlə insan küçələrə axışıb. Bəzi evlərin divarlarında çat meydana gəlib. İnsan tələfatı barədə məlumat yoxdur. Hazırda yoxlamalar aparılır. Pozzuoli Bələdiyyəsi isə məktəblərdə tətil elan edildiyini açıqlayıb.

Yeraltı təkan Neapol şəhərində də hiss olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
olaylar.az

10Mənbələr