AZ

İş saatı ilə bağlı Türkiyənin 6 modeli: Görün Azərbaycanda neçəsi varmış

Xəbər verdiyimiz kimi, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək ictimai qənaətlərin yol xəritəsini açıqlayıb. Bu layihəyə əsasən, dövlət sektorunda iş saatı ilə bağlı altı model gündəmə gətirilib: “çevik iş”, “dəyişkən vaxtlı iş”, “intensivləşdirilmiş iş”, “məsafədən iş”, “part-time iş” və "akademik təhsil məqsədləri üçün iş". Bəs bu layihə ölkəmizdə tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı ictimai-siyasi xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Pulika.az-a açıqlama verib.

O qeyd edib ki, əslində bizim qanunvericilikdə də “məsafədən iş” prinsipindən başqa digər məsələlər hazırda tənzim olunur:

“Çevik iş rejimində işçi lazımi məlumatı, doğru zamanda, doğru təfərrüatda təqdim edərək düzgün məhsul yaratmağı hədəfləyir. Çevik işdə lazım olan texnikaların istifadə üsulları və vaxtı dəyişir. Məsələn, jurnalist bir gün ərzində bir reportaj hazırlamalıdırsa, o, 8 saat iş yerində oturmaya, hadisə yerinə yollanaraq məlumat toplayıb ötürə bilər. Yəni işçi məcbur deyil ki, şirkət tərəfindən təyin olunmuş iş saatının hamısını öz iş yerində keçirsin. Qısacası, bu iş rejiminin dəqiq saatı və məkanı yoxdur.

Eyni zamanda ölkəmizdə “dəyişkən vaxtlı iş” rejimi, yəni növbəli iş tətbiq olunur. İşçinin növbəli formada, müəyyən vaxtlarda işləməsi bizim qanunvericilikdə qadağan olunmayan bir şeydir. “İntensivləşdirilmiş iş” rejimi isə bir qədər fərqli anlayışdır, termin olaraq yenidir. Bu, əsasən yüksək texnologiyaların tətbiqi sahələrində istifadə olunan rejimdir”.

Sahib Məmmədov bildirib ki, özəl qurumların məsafədən iş rejimi tətbiq etməsinə qanunvericilikdə heç bir qadağa yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
publika.az

9Mənbələr