AZ

Anar Bağırov: Son illər vəkilliyə üz tutan hüquqşünaslar əsasən gənclərdir

Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu deyib.

"Report" xəbər verir ki, o bunu Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda keçirilən görüşündə deyib.

Sədr ARVK-nın bir çox faydalı layihələr həyata keçirdiyini, vəkilliyə üz tutan gənclərə əməkdaşlığa çox böyük önəm verildiyini diqqətə çatdırıb.

Vəkillər Kollegiyasının Akademiyasının təsis edildiyinə toxunan A.Bağırov burada kifayət qədər hüquq alimlərinin fəaliyyət göstərdiyini, Akademiyanın hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola biləcəyinə ümid etdiyini vurğulayıb.

O, Vəkillər Kollegiyasının dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və hüquq fakültələrinin layihələrinə sponsorluq edildiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
report.az

6Mənbələr