AZ

Almaniya Müdafiə Nazirliyi bu ölkəyə dəstək üçün 3,8 milyard avro istəyib

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard avro istəyib.

Banco.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu maliyyə ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac olduğunu bildirib. 

Qəzet qeyd edir ki, Almaniya hökumətinin bu il Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə cəmi 300 milyon vəsait qalıb.

Bundan əlavə, 2025-ci ildə Almaniya Müdafiə Nazirliyi Kiyevə kömək üçün hökumətdən rekord məbləğdə 15 milyard avro tələb edə biləcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
24
banco.az

10Mənbələr