AZ

İranda prezident seçkilərinə hazırlıq başlayır

İranda

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

Reyting.az
-ın xəbərinə görə, İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami bildirib ki, seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacaq.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
15
reyting.az

10Mənbələr