AZ

Fəhlələr faciəli şəkildə öldü

Türkiyənin Toprakkale mahalının Osmaniye Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən dəmir-polad istehsalı müəssisəsində əlavə tikilidə aparılan işlər zamanı əhəng silosu aşıb.

 

Oxu24.com Türkiyə mediasına  istinadən  xəbər  verir  ki, binanın tikintisində çalışan iki fəhlə yıxılan silosun altına düşərək həyatını itirib.

 

Bəzi işçilər yaralandığı üçün bölgəyə çoxlu təcili yardım maşınları göndərilib.

 

Yaralılar təcili yardım maşınları ilə Osmaniyedəki xəstəxanalara aparılıb.

 

Həyatını itirən işçilərin meyitləri morqa aparılıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
oxu24.com

10Mənbələr