AZ

İbrahim Rəisinin yerinə kim seçiləcək?

İranda təxminən iki aydan sonra prezident seçkisi keçiriləcək. Mühafizəkarlar öz tərəfdarlarından birinin prezident seçilməsinə çalışacaqlar. Ali dini lider də İbrahim Rəisini əvəz edəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək.

News365.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalmasıyla müşahidə olunmuşdu:

"Şərti islahatçılar kimi qiymətləndirilən qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında xarici düşmənlə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar".

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
50
news365.az

10Mənbələr