AZ

İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub

İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterdəki heyət qəzadan sonra anındaca həlak olublar.



NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
İRNA agentliyi cəmiyyətin sədri Pir Hüseyn Kolivəndə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə qəzanın yeri barədə məlumat aldıqdan 40 dəqiqə sonra çatıblar: “Siqnal alındıqdan sonra qəza yerinə 40 dəqiqəyə çatılıb”.
Onun sözlərinə görə, Qızıl Ayparanın xilasediciləri helikopterin qalıqlarını dəniz səviyyəsindən 2,5 km yüksəklikdə aşkar ediblər. Axtarış-xilasetmə əməliyyatında 2 mindən çox xilasedici iştirak edib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
2
nuhcixan.az

10Mənbələr