AZ

Tayvanda deputat parlament sənədlərini götürərək qaçıb

Tayvan parlamentində iqtidar partiyası ilə müxalifət partiyası deputatları arasında təklif olunan qanuna görə dava düşüb.

525.az xəbər verir ki, Tayvanda parlamentdə təklif olunan islahatlarla bağlı müzakirələr başlayıb. Əsas müxalifət Millətçi Partiyası (Koumintang/KMT) və Tayvan Xalq Partiyası (TPP) qanun layihəsini deputatlara təqdim edərək, parlamentin hökumət üzərində daha çox nəzarəti əldə etməsinə zəmin yaradıb.

Belə ki, Hakim Demokratik Tərəqqi Partiyasından (DPP) olan deputatlar qanun layihəsinə qarşı çıxdığından parlamentdə qarışıqlıq yaranıb və dava düşüb.

Hadisə zamanı DPP-nin deputatı Quo Quowen stolun üstünə çıxıb və qanun layihəsi olan sənədləri götürərək qaçıb.

Qeyd edək ki, müzakirələr bir müddət parlamentdən kənarda davam edib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Seçilən
163
3
525.az

10Mənbələr