AZ

“Kirants kəndində 2 ev, 3 mağaza və 1 avtoyuma məntəqəsi Azərbaycanın nəzarətinə keçir” – Şahinyan

“Kirants kəndində 2 ev və 3 vaqon-mağaza Azərbaycanın nəzarətinə keçir”.

İnterpress.az xəbər verir ki, bunu mayın 20-də Kirantsın inzibati rəhbəri Kamo Şahinyan erməni mediasına deyib.

O bildirib ki, sütunlar Tavuş rayonunun Kirants kəndinin ortasında quraşdırılıb. 2 ev, 3 mağaza və 1 avtoyuma məntəqəsi Azərbaycanın nəzarətinə keçib.

“Sütunlar Tavuş rayonunun Kirants kəndinin ortasında quraşdırılıb. 2 ev, 3 mağaza və 1 avtoyuma məntəqəsi Azərbaycanın nəzarətindədir.

6 ev isə azərbaycanlılara o qədər yaxındır ki, orada yaşamaq mümkün olmayacaq. Məktəb isə o qədər yaxındır ki, heç kim övladını ora göndərə bilmir”, – Şahinyan qeyd edib.

Qeyd edək ki, Kirants kəndində sərhədin demarkasiyası üzrə işlər artıq başa çatmaq üzrədir. Ermənistan sərhəd qüvvələri demarkasiya olunmuş ərazidə sərhədə nəzarəti edir.

Proses üçün Kirantsa giriş müvəqqəti olaraq bağlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
interpress.az

10Mənbələr