AZ

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bəyanatı İran Xarici İşlər Nazirliyinin teleqram kanalında yayılıb.

"İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir", - paylaşımda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
21
iqtisadiyyat.az

10Mənbələr