AZ

Makron iğtişaşlara görə İCLAS KEÇİRƏCƏK

Fransa prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə Şurasının iclasını keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, Şuranın əvvəlki iclası mayın 15-də keçirilib.

Daha əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, Fransa hüquq-mühafizə orqanları Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərindən La Tontuta Beynəlxalq Hava Limanına gedən əsas yolu barrikadalardan təmizləyib.

Qeyd edək ki, son məlumatlara görə, 230-a yaxın etirazçı saxlanılıb. Polis və jandarma əlavə qüvvələri adaya gəlməkdə davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
3
nocomment.az

2Mənbələr