AZ

İbrahim Rəisinin ölüm xəbəri YAYILDI

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında öldüyü iddia edilir.

SAVASH.ORG-un məlumatına görə, bu iddia ilə ABŞ-nin nüfuzlu “The Atlantic” nəşri çıxış edib.

Adıçəkilən nəşrin köşə yazarı İran rəhbərliyinə yaxın mənbəyə istinadən yazıb ki, İbrahim Rəisi helikopter qəzasında həlak olub.

“Tehrandakı prezidentə yaxın mənbə mənə dedi ki, Rəisinin ölüm faktı təsdiqlənib və hakimiyyət xaosa səbəb olmadan xəbəri çatdırmağın yollarını axtarır. Mən özüm bunu təsdiq edə bilməmişəm”, – Araş Əzizi yazıb.

Orxan HƏSƏNLİ

SAVASH.ORG

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
365
1
savash.org

10Mənbələr