AZ

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

İspaniya La Liqasında 37-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün 9 oyun baş tutub.

Çempion “Real” səfərdə “Vilyarreal”la məhsuldar heç-heçə edib. “Barselona” doğma meydanda “Rayo Valyekano”nu 3 cavabsız qolla yenib. “Valensiya”nın qonağı olan “Jirona” da turu qələbə ilə başa vurub. “Atletiko” isə “Osasuna” ilə ev oyununda gözlənilməz darmadağına üzülüb.

“Real” sona bir tur qalmış 94 xalla zirvədə qərarlaşıb. “Barselona” 82 xalla 2-ci, “Jirona” 78 xalla 3-cü, “Atletiko” 73 xalla 4-cü, “Atletik” 65 xalla 5-cidir.

İspaniya La Liqası
37-ci tur

18 may

Alaves – Xetafe 1:0
Qol: Visente, 12.

19 may

Atletik – Sevilya 2:0
Qollar: R.Qarsiya, 17. Muniain, 19.

Atletiko – Osasuna 1:4
Qollar: Morata, 55 – R.Qarsiya, 26; 64. Oros, 52. Torro, 88.

Barselona – Rayo Valyekano 3:0
Qollar: Levandovski, 3. Pedri, 72; 75.

Betis – Real Sosyedad 0:2
Qollar: B.Mendes, 5. Merino, 42.

Kadis – Las Palmas 0:0

Qranada – Selta 1:2
Qollar: B.Mendes, 86 – Larsen, 61. Bamba, 63.

Malyorka – Almeriya 2:2
Qollar: Larin, 29. Darder, 83 – Arribas, 41. Lanqa, 66.

Valensiya – Jirona 1:3
Qollar: Pepelu, 84-pen – Savio, 32. Dovbik, 58. Qasiorovski, 67-pen.

Vilyarreal – Real 4:4
Qollar: Sörlot, 39; 48; 52; 56. A.Gülər, 14; 45+2. Xoselu, 30. Lukas, 40.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
14
futbolinfo.az

10Mənbələr