AZ

Qəzzada ölənlərin sayı 35 min 456-ya yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 70 nəfər artaraq 35 min 456-ya çatıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 226 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 8 qırğın törətdiyi, bu hücumlarda daha 70 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 min 456-ya, yaralıların sayının isə 79 min 476-ya yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
26
elchi.az

10Mənbələr