Türkiyənin Bitlis şəhərində avtobusun dərəyə yuvarlanması nəticəsində yeddi nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, qəzada yaralanan yeddi nəfərdən biri sürücüdür. Ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.
Yaralıların vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.