AZ

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

APA-nın məlumatına görə, hadisə günorta saat 13 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişində baş verib.

Rayonun Qandax kənd sakini 1986-cı il təvəllüdlü Ramin Eldar oğlu Bayramovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Bayramov və avtomobildə sərnişin qismində olan sürücünün qız 2016-cı il təvəllüdlü Əsmanur Ramin qızı Bayramova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

R.Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir, onun müalicəsi xəstəxanada davam etdirilir.

Sürücünün övladı Ə. Bayramovaya başın açıq yarası dioqnozu qoyulub.

Ə.Bayramovanın xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

APA-nın məlumatına görə, hadisə günorta saat 13 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişində baş verib.

Hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Qandax kənd sakini 1986-cı il təvəllüdlü Ramil Eldar oğlu Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. R. Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
avtosfer.az

10Mənbələr