AZ

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub - FOTO

Bədii gimnastika üzrə millimizin üzvləri Neftçalada nümunəvi çıxışlarla iştirak ediblər.

Day.Az xəbər verir ki, böyük fərdi gimnastlar Zöhrə Ağamirova, Kamilla Seyidzadə, İlona Zeynalova, Mədinə Dəmirova, gənc fərdi gimnastlar Gövhər İbrahimova, İlahə Bahadırova, Fidan Qurbanlı, Şəms Ağahüseynova və böyüklərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina Neftçala Olimpiya İdman Kompleksində performanslarını nümayiş etdiriblər.

Gimnastlarımızın ahəngdar və sinxron hərəkətləri izləyiciləri riqqətə gətirdi. Çıxışlardan əvvəl idmançılarımız kompleksin yaşıl sahəsində ağacəkmə mərasimində iştirak ediblər. Bu simvolik hərəkət idmanın yalnız bədən deyil, həm də ruh və təbiət dostu olduğunu göstərir. Ağacların əkilməsi ilə başlayan gündə Neftçalada bədii gimnastikanın daha geniş yayılması üçün bir növ yeni toxumlar əkildi.

İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin gimnastikaya təşviq edilməsi, idmanın bu növünün bölgələrdə də inkişaf etdirilməsi tədbirin qarşıya qoyduğu hədəflər sırasındadır.

Zalda əyləşən müxtəlif yaş qrupundan olan Neftçala sakinlərində gimnastlarımızın çıxışlarının doğurduğu marağı sezməmək mümkün deyildi. Həmçinin gimnastlarımızın bu çıxışları qarşıdan gələn 22-26 may tarixlərində Budapeştdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
6
day.az

8Mənbələr