"Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb".
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib:
"Bu artım riyaziyyat fənnində də var, 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir. Gələn il daha yaxşı nəticələrin olacağına inanıram.