AZ

Xərçəng xəstəliyinin 40 faizi artıq çəki ilə bağlıdır

İsveçdə 4,1 milyon insanla aparılan araşdırmada xərçəng hadisələrinin 40 faizinin piylənmə ilə əlaqəli olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu araşdırmanı İsveçin Malmö şəhərindəki Lund Universitetinin alimləri ediblər. Piylənmənin artan təhlükəsini göstərən yeni araşdırmada elm adamları artıq çəki ilə əlaqəli xərçənglərin sayının eksponent olaraq artdığını ortaya qoyublar.

32 xərçəng növünün artıq çəki ilə əlaqəli olduğu bildirilən tədqiqatda, ən diqqət çəkəninin döş, bağırsaq, uşaqlıq və böyrək xərçəngi olduğu qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. Uşaq və yeniyetmələrdə piylənmə halları 1990-2022-ci illər arasında 4 dəfə artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
publika.az

2Mənbələr