Ukrayna ordusu Kursk vilayətində yerli kommunal xidmət müəssisəsinin avtomobilinə PUA ilə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, zərbə nəticəsində bir işçi həlak olub, digəri isə yaralanıb.