AZ

Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"

 
“Teatrımızın milli status alması münasibəti ilə bütün kollektivimiz sevinir. Texniki işçilərdən, qapıçıdan tutmuş bütün aktyorlara, rəhbərliyə qədər hamı. Bu ölkə başçısının mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğısıdır. Ürəyimdə o qədər təşəkkür var ki... Mən hesab edirəm ki, bizim prezidentimiz dünyanın ən yaxşı prezidentidir. Bu qədər siyasi durumlar, görüşlər, yaranmış vəziyyətdə o hər şeyə imkan, vaxt tapır. O çox böyük insandır. Sevincimin həddi-hüdudu yoxdur. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da əməyi var. Onlar əllərindən gələn hər bir şeyi xalq üçün edir və hər gün minlərlə insanı sevindirirlər”
 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Yasin Qarayev bildirib. O daha sonra əlavə edib.
“Bizim teatrın 90 illik yubileyi 6 il bundan öncə tamam olub. Elə 6 il əvvəl də mən teatra milli statusunun verilməsini arzulayırdım və müsahibələrimdə də bunu deyirdim. Bu bizim korifey sənətkarlarımızın da arzusu idi. Əfsuslar olsun ki, onlar bu günü görmədilər. Əvvəl bizim teatr Maksim Qorki adına teatr adlanırdı. Heç bir dövlət statusu yox idi. Bizim teatrı Ağadadaş Qurbanov yaradıb, arzu idi ki, onun adı verilsin. O vaxt teatrlara yerində olmayan adlar qoyulmuşdu. Opera və Balet teatrına Mirzə Fətəli Axundovun adı verilmişdi. Mirzə Fətəli Axundovun Opera və Balet teatrına nə aidiyyatı var? Və yaxud da Əzizbəyov adına Milli Dram teatrı. Musiqili Komediya teatrına Şıxəli Qurbanovun adı verilmişdi. Şıxəli Qurbanov layiqli və böyük insan olub. Novruz bayramının bərpası üçün canından keçib. Söhbət ondan getmir. Amma o teatrı Hacı Zeynalabdin Tağıyev tikdirib, olsaydı elə onun adına olardı da. Bu məsələ dolaşıq qalmışdı. Bizim teatrda o illərdə həm də rus sektoru var idi. Bir neçə il bundan əvvəl rus sektorunu bağladılar. Onların bəziləri digər teatrlara getdi. Küçədə qalanlar da oldu. Bunu da onun üçün etdilər ki, bizə milli statusu verilə bilsin. Mən bu haqda də feysbukda yazırdım. Hətta rəhmətlik xalq artisti Ramiz Məlik mənə yazırdı ki, “Milli teatr hər respublikada bir dənə olur”. O deyirdi ki, akademik status verilə bilər, amma milli verə bilməzlər. Düzdür, akademik statusda maaş çoxdur, millidə isə 25 faizdir. Çox sağ olsunlar” deyə sənətkar bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
20
moderator.az

10Mənbələr