AZ

Bu günə qədər neçə taksi sürücüsünə buraxılış vərəqəsi verilib? - AÇIQLAMA

Artıq bir aydır ki, istehsal tarixi 15 ili keçməyən nəqliyyat vasitəsinə malik hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.

Məsələn, 11 il əvvəl istehsal olunmuş avtomobilə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti dörd il taksi fəaliyyəti göstərmək mümkün olacaq.

İyulun 1-dən isə taksi fəaliyyəti üçün yalnız istehsal ili 8 ildən çox olmayan nəqliyyat vasitələrinə buraxılış vərəqəsi veriləcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal olunarsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Bəs indiyə qədər müraciət edən neçə taksiyə buraxılış vərəqəsi verilib? Neçə taksi sürücüsünə müvafiq tələblərə cavab vermədiyinə görə buraxılış vərəqəsi verilməyib?

Bu günə qədər təlim keçmiş neçə sürücüyə sertifikat verilib? Neçə sürücü təlimlərin qiymətləndirilməsində uğursuz nəticə göstərərək lisenziya ala bilməyib?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günədək 1 000-dən artıq şəxs müraciət edərək, taksi fəaliyyəti üçün icazə alıb:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
10
publika.az

10Mənbələr