AZ

İtaliyada leysan daşqınlara səbəb olub

İtaliyada

Roma, 18 may, AZƏRTAC

İtaliyanın şimal regionlarında davam edən leysan yağışları sel və daşqınlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Lombardiya və Veneto regionlarında çaylar məcrasından çıxıb, kiçik kəndlərdə evləri və əkin sahələrini su basıb. Lombardiyada daşqın nəticəsində itkin düşən 66 yaşlı şəxsin meyiti kanalda tapılıb.

Güclü külək Verona ilə Bolonya şəhərləri arasındakı dəmir yolu xəttində yük vaqonlarını aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, infrastruktura ziyan dəyib.

Bəzi yollarda asfalt örtüyü dağılıb, ehtiyat tədbiri olaraq magistrallar nəqliyyatın hərəkəti dayandırılıb. Kiçik qəsəbə və kəndlərə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Mütəxəssislər son 300 ildir Venetoya ilk dəfə bu qədər yağıntının düşdüyünü bildiriblər. Əlverişsiz hava şəraiti səbəbindən regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
4
azertag.az

10Mənbələr