AZ

“Qarabağ” çox çətin anlar yaşadı – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:3.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı "köhlən atlar"dan 19-cu dəqiqədə Juninyo açıb.

47-ci dəqiqədə Emmanuel Kahman "status-kvo"nu bərpa edib, 6 dəqiqə sonra isə Luis Paçunun qolu "Turan Tovuz"u hesabda önə çıxarıb.

Bununla belə, 69-cu dəqiqədə Leandro Andrade yenidən hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə Matues Silva ağdamlıların üçüncü qolunun müəllifi olub.

Final fitinə 5 dəqiqə qalmış E.Hakman qonaqların heyətində dubl edib. 90-cı dəqiqənin tamamında isə LAndrade "Qarabağ"ın heyətində dubl müəllifi olub və oyunda yekun hesabı müəyyənləşdirib.

Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
12
sportinfo.az

10Mənbələr