AZ

Mingəçevirdə kafedə dava - Yaralılar var

Mingəçevirdə kafedə iki nəfər arasında dava düşüb. 

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Dostuyev Taleh Sabir oğlu döş qəfəsi nayihəsindən kəsici alətlə kəsik-deşik xəsarəti alıb.

Onunla münaqişəyə girən 1986-cı il təvəllüdlü Tərtər rayon sakini Hüseynov Pərviz Mirağa oğlunun isə başının sağ gicgah nayihəsi çapılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Davanın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
306
17
unikal.az

7Mənbələr