AZ

Radikal qruplaşmanın komandiri öldürüldü

İsrail hərbçiləri Livanda "əl-Cəmaə əl-İslamiyyə" radikal qruplaşmasının komandirlərindən biri Şurahbil əs-Seyidi zərərsizləşdiriblər.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin Majdal-Anjar bölgəsindəki hava hücumu nəticəsində zərərsizləşdirilib.

Bildirilir ki, Əs-Seyid Livan ərazisindən İsrailə çoxsaylı hücumların hazırlanmasında iştirak edib, həmçinin HƏMAS radikal hərəkatının Livan qanadı ilə əlaqədə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
publika.az

7Mənbələr