AZ

Şikayətlər olan bank və sığorta şirkətilərinə gizli müştəri göndəriləcəkVİDEO

Şikayətlər olan bank və sığorta şirkətilərinə gizli müştəri göndəriləcək. Maliyyə sektoruna nəzarət məqsədilə yeni alətin tətbiqinə başlanır.

Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən bank, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları, eləcə də investisiya şirkətlərinə göndəriləcək gizli müştərilər şirkətin təklif etdiyi maliyyə xidmətləri və məhsulları, eləcə də müştərilərlə bazar davranışları haqqında məlumatları toplayacaq.

Mərkəzi Bankın aparıcı hüquq məsləhətçisi Kənan Təyyarlının sözlərinə görə, gizli müştərinin həyata keçirdiyi xidmət zamanı nəzarət subyektində çatışmazlıq, nöqsan və aşkar olunan pozuntularla bağlı tədbirlər həyata keçiriləcək. Mərkəzi Bankın gizli müştəri göndərdiyi şirkətə və ya banka 7 iş günü ərzində bu barədə elektron üsulla və ya alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndəriləcək.

Kənan Təyyarlı onu da əlavə edib ki, yeni alətin tətbiqi istehlakçıların hüquqlarının qorunması, bu sahədəki problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
31
xezerxeber.az

10Mənbələr