AZ

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb

Saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə "Bizimyol.info"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarada arabir yağış, Şahdağda isə qar yağıb. Sarıbaşda (Qax) saat 16:38-16:40 radələrində və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
394
49
bizimyol.info

10Mənbələr