AZ

Bruno Fernandes “Mançester Yunayted”də qalmaq istəyir

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes “qırmızı şeytanlar”ın düşərgəsində qalmaq istədiyini bildirib.

Arena.az xəbər verir ki, ötən həftə portuqal futbolçunun nümayəndələri “Mançester Yunayted”in rəhbərliyi ilə görüşərək, Fernandesin gələcəyini müzakirə ediblər.

Bu görüşdən sonra klub yarımmüdafiəçini saxlamaq niyyətində olduğunu açıqlayıb. Öz növbəsində futbolçunun da nümayəndələri, iddiaları üst-üstə düşərsə, Fernandesin də klubda qalmaq istədiyini qeyd ediblər.

Xatırladaq ki, Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında Lissabon “Sportinq”indən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 15 qol vurub, 12 məhsuldar ötürmə ilə fərqlənib. Brunonun “Mançester Yunayted” karyerası bütövlükdə 231 oyun, 79 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Fernandes “Mançester Yunayted”dən öncə “Sportinq”, “Udineze”, “Sampdoriya”, “Novara” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 64 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 20 qol vurub, 19 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
arena.az

2Mənbələr