AZ

Paşinyanın impiçmenti məsələsinə münasibət bildirilib

...Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan Sarqis Xandanyan, siyasi təşkilatınErmənistan Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan qarşısında ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti məsələsini qaldırmağı planlaşdırmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Xandanyanın sözlərinə görə, “Mülki müqavilə” Qalstanyanla görüş üçün heç bir təklif almayıb. O, həmçinin əlavə edib ki, Ermənistanda hakimiyyət ancaq demokratik yolla dəyişdirilə bilər.

...2021-ci il seçkilərində parlamenti Ermənistan vətəndaşları formalaşdırıb, parlament isə hökuməti formalaşdırıb, hökumətin lideri var. Ermənistanda hakimiyyəti ancaq demokratik və hüquqi yolla, yəni seçki yolu ilə dəyişmək olar. Növbəti seçkilər 2026-cı ildə keçiriləcək. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyandır və “Mülki müqavilə” partiyası eləcə dəfraksiya bu məsələni heç kimlə, heç bir halda müzakirə etmək fikrində deyil.

...Qeyd edək ki, bundan əvvəl İrəvanda 30 mindən çox insan Paşinyanın istefası üçün etiraz aksiyasına çıxmışdı..?

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
sia.az

2Mənbələr