AZ

Prezident: “1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü”

“1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü.
Adambaşına düşən ən böyük əmsaldır. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib.

“Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
358
19
bizim.media

10Mənbələr