AZ

"Anadolu ankası- 2024" beynəlxalq təlimləri başa çatdı - FOTO

Türkiyəmn Konya şəhərində keçirilən "Anadolu Ankası - 2024" ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
40
milli.az

10Mənbələr