AZ

Özbaşına tikilən evlərlə bağlı hüquqi sənəd hazırlanır

Azərbaycanda müstəqilliyin ilk illərində, xüsusilə Sovet İttifaqı dövründə özbaşına inşa edilən, sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırılaraq qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 7 mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirməsi işlərinə artıq başlanılıb və uğurlu bir təcrübə əldə olunub:

"Hazırda yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır. Prezidentin ötən ilin noyabrın 17-də daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub. Daşınmaz Əmlakın Elektron Reyestr və Kadastr İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində bütün növ əməliyyatların tam elektronlaşdırılmasını və elektron qaydada həyata keçirilməsini nəzərdə tutur".

O qeyd edib ki, bundan sonra vətəndaşlar müxtəlif dövlət orqanlarına kağız sənədləri alaraq gəlməyə məcbur olmayacaq, bu qurumlar elektron inteqrasiya nəticəsində biri-birlərindən lazımi sənədləri əldə edəcəklər:

"Bu istiqamətdə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fərmanda tapşırıq qoyulub. Hazırda həmin normativ sənədlərin hazırlanması davam etdirilir. Portal yaradıldıqdan sonra bütün növ sənədlərin elektron qeydiyyatına başlanılacaq. Burada önəmli yeniliklərdən biri də xüsusilə çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır".

Bildirib ki, hazırda yaradılacaq modulda çoxmənzilli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın xüsusi bir imitasiyası portalda qeyd olunacaq:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
11
publika.az

10Mənbələr