Bakupost. az "Qaynarinfo"-ya daxil olan məlumata görə, Mətləb Mütəllimlinin iddiası pensiya təminatı ilə bağlıdır.
İddia edilir ki, keçmiş deputat ona təyin olunan pensiyadan narazıdır. İddialara görə, birinci məhkəmə instansiyası Mətləb Mütəllimlinin iddiasını təmin etməyib. O, qərardan apellyasiya şikayəti verib. Keçmiş deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Elvin Əliyevin icraatındadır.
Mətləb Mütəllimli bundan əvvəl Ədliyyə Nazirliyini məhkəməyə vermişdi. Səbəb onun təsisçisi olduğu Sosial Ədalət Partiyasının (SƏP) qeydiyyatının ləğv olunması idi.
Mətləb Mütəllimli 1992-ci ildə baş prokurorun birinci müavini vəzifəsində işləyib.