AZ

İKTHuawei: 5G, Cloud və AI - ağıllı dövrə aparan etibarlı yollar

Bakıda keçirilən “GSMA М360 Eurasia 2024” konfransında "Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Carrier Business prezidenti Alex Xu qeyd edib ki, qlobal rəqəmsal və intellektual iqtisadiyyatın 2030-cu ilə qədər ümumi iqtisadiyyatın 37,9 %-ni təşkil edəcəyi, ağıllı iqtisadiyyatın illik mürəkkəb artım tempinin isə 18 % olacağı təxmin edilir.

"Far.Az"un verdiyi məlumata görə, o, ağıllı iqtisadiyyatın inkişaf üçün əsas amilə çevrildiyini bildirib.

Onun sözlərinə görə, rəqəmsal və ağıllı iqtisadiyyatı stimullaşdırmağın ən təsirli yolu 5G, bulud hesablamaları və süni intellekt kimi ağıllı texnologiyaların istifadəsidir ki, bu da rəqəmsal məhsuldarlığı əhəmiyyətli dərəcədə artıra bilər.

O, səkkiz gələcək perspektivin sistematik planını və təsvirini təqdim edən “Ağıllı Dünya 2030” adlı "Huawei"ın hesabatına istinad edərək, “biz, 2030-cu ilə qədər ümumi qoşulma sayının 200 milyarda, DoU (bir istifadəçiyə düşən orta telefon məlumat trafiki) 400 GB-a və Giga genişzolaqlı şəbəkənin nüfuzunun 55 %-ə çatacağını təxmin edirik” deyə bildirib.

Alex Xu hesab edir ki, 2030-cu ilə qədər müəssisə xərclərinin 87 %-i buludda olacaq ki, bu da süni intellektin ümumi hesablama gücünün on qatını və emal gücünün 500 qatını tələb edəcək.

5G istifadəçilərinin sayı haqqında danışarkən, o, cəmi beş il ərzində 1,5 milyardı keçdiyini və bunun əvvəlki nəsillərə nisbətən daha sürətli qəbul nisbəti olduğunu qeyd edib.

“Hazırda 5G qoşulmaların 20 %-ni və mobil gəlirin 40 %-ni təşkil edir və məlumat istifadəsini əhəmiyyətli dərəcədə artırır. Bu il 5G-A-nın qlobal kommersiyalaşdırılmasının birinci ilini təmsil edir və biz 2024-cü ildə 10-dan çox şəbəkənin fəaliyyətə başlamasını gözləyirik. Regionda 5G-ni yaymaqdan çəkinməmək çox vacibdir”, - deyə o qeyd edib.

Həmçinin Alex Xu əlavə edib ki, süni intellekt bulud texnologiyasının inkişafı üçün əhəmiyyətli təkan mənbəyidir:

“Daha çox iqtisadiyyat bulud texnologiyasının milli rəqəmsal transformasiyanın əsas infrastrukturu kimi görür. Məsələn, Avropada dövlət xidmətlərinin 68 %-i bulud sisteminə keçib. Son iki il ərzində biz ChatGPT kimi böyük dil modellərinin meydana çıxdığını gördük. Təxmin edilir ki, bu modellərin parametrləri hər il on dəfə artacaq, süni intellektin imkanlarını təkmilləşdirəcək və süni intellektin tətbiqlərini sürətləndirəcək".

O bildirib ki, əlaqəni yaxşılaşdırmağın ən effektiv yolu Giga Şəhərlərinin yaradılması məqsədini qarşıya qoymaqdır.

“Bir çox ölkələr, o cümlədən Azərbaycan, Giga Şəhərlərini inkişaf etdirmək məqsədi ilə “5G və Fiber to the Home” ilə güclü rəqəmsal infrastrukturun qurulmasını prioritet hesab edən rəqəmsal strategiyaları işə salıb”, - Alex Xu vurğulayıb.

"Huawei" hesab edir ki, hər bir ölkədə ən azı bir yerli bulud provayderi ola bilər və olmalıdır, və telekommunikasiya operatorları bu rolu yerinə yetirmək üçün ən yaxşı vəziyyətdədir.

Telekommunikasiya sənayesi süni intellektin qəbulunu sürətləndirir, təxmini hesablamalara görə, müəssisələrin 86 %-nin 2025-ci ilə qədər süni intellektə keçəcəyi gözlənilir.

“5G, bulud və süni intellekt daha çox imkanlar yaradan və intellektual əsrə aparan etibarlı yoldur. Region bu əhəmiyyətli dəyişikliklərin bir hissəsi olmalıdır və regional telekommunikasiya operatorları əsas rol oynamalıdır. Bu irəliləyiş xüsusilə 5G spektrinin ayrılması ilə bağlı dəstəkləyici tənzimləmə siyasətlərinə ehtiyac duyur. Çoxsaylı inkişaf etməkdə olan ölkələr də daxil olmaqla, bir çox ölkələrin 5G-nin genişmiqyaslı tətbiqinə artıq başladığını nəzərə alsaq, 2025-ci ilə qədər 5G spektrinin ayrılması tövsiyə olunur”, - "Huawei"in regional prezidenti deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
2
far.az

3Mənbələr