AZ

Nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmində müsbət dinamika var

Bu ilin yanvar-mart ayları ərzində nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 30,9 faiz artaraq 8,9 milyard ABŞ dolları ekvivalentində olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Mərkəzi Bankın 2024-cü ilin ilk rübü üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 81 faizi dollarla, 19 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 28 faizi banklararası valyuta bazarında (BVB), 72 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2,5 milyard dollar (ARDNF-nin və AMB-nin əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 97,3 faizi dollarla aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 6,4 milyard dollar ekvivalentində olub ki, bunun da 74 faizini dollarla aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi 1,4 milyard dollar ekvivalentində olub. Bunun 91,6 faizini dollarla aparılan əməliyyatlar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
3
vergiler.az

4Mənbələr