AZ

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..."

Slovakiya Prezidenti Peter Pelleqrini "Pravda" nəşrinə müsahibəsində Baş nazir Robert Fitsonun yeni əməliyyata girməyəcəyini bildirib.

Olaylar.az xəbər verir ki, P.Peleqrini mayın 20-də həkimlərin iclas keçirəcəyini və iclasda Baş nazirin başqa xəstəxanaya köçürülməsi ilə bağlı qərar verəcəklərini deyib. Pelleqrini həmçinin Fitsonu qarşıda kritik saatların və günlərin gözlədiyini qeyd edib. Prezident bildirib ki, həkimlər icazə versə, Fitsonu yenidən ziyarət edəcək. Prezident sui-qəsddən sonra Fitsonun xəstəxanaya aparıldığı zaman huşunun yerində olduğunu və baş verənləri bütünlüklə xatırladığını da vurğulayıb.

Qeyd edək ki, Fitsoya sui-qəsd mayın 15-də edilib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Juraj Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb. Yazıçı saxlanılıb və sui-qəsdi hökumətin qərarlarından narazı qaldığı üçün etdiyini bildirib. Baş nazir sinəsindən, budundan və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
olaylar.az

10Mənbələr