AZ

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

Ermənistan Cənubi Qafqazda ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sabit və dayanıqlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiq edir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında bildirib.

“Bu yaxınlarda, yəni mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan XİN başçıları səviyyəsində keçirilən görüşdən sonra İrəvan Alma-Ata bəyannaməsində qeyd olunduğu kimi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədlərinin delimitasiyası, eləcə də regional kommunikasiyaların açılması prosesi əsasında Cənubi Qafqazda sabit və dayanıqlı sülhə nail olmağa sadiqliyini təsdiqləyir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
11
axar.az

9Mənbələr