AZ

Yanvar-aprel aylarında Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə sementməhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faizartaraq, 1,6 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Çinə 537 min dollar məbləğindəsement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı iləmüqayisədə 30,3 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənindünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayıilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabərolub.

"Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğindəsement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 - aprel 2024)Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixracedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
263
12
az.trend.az

10Mənbələr